Markl qızına bu hədiyyəni bağışlayacaq

15-03-2021, 06:31           
Markl qızına bu hədiyyəni bağışlayacaq
Saraydan qalmaqallı şəkildə ayrılan Şahzadə Harri və həyat yoldaşı Meqan Markl yenidən gündəmə gəliblər.
Teref.az xarici mətbuata istinadən bildirir ki, ikinci dəfə valideyn olmağa hazırlaşan cütlük doğulacaq körpəsinə bahalı hədiyyə verəcəyini açıqlayıb.

“Independent” nəşrində yer alan məlumata əsaən, Markl dünyaya gələcək qızına 4 min 200 funt-sterlinq (9 min 981 manat) dəyərində olan qol saatı bağışlayacaq. Üzərinə “M.M.-dən M.M.-ə” yazısı qeyd edilən ziynət əşyası məşhur “Cartier” brendinə məxsusdur. Meqan 2015-ci ildə bu saatı bir gün qızı olanda ona bağışlasın deyə aldığını bildirib.

Xatırladaq ki, Harrinin anası mərhum Şahzadə Diana da daha çox “Cartier” markasına məxsus saatlardan istifadə edib. axsham.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.