Məşhur repçi milyardlar qazandı

19-03-2021, 07:56           
Məşhur repçi milyardlar qazandı
Amerikalı məşhur repçi Kanye Uestin gəlirləri kəskin şəkildə artıb.

Teref.az xəbər verir ki, bu, repçinin dünyanın iki iri geyim markası - "Adidas" və "Gap" ilə sövdələşmə bağladıqdan sonra olub.

"Bloomberg" nəşrinin yaydığı məlumata görə, Kanyenin hazırda 6,6 milyard dollar sərvəti (təxminən 11 milyard 220 milyon manat) var.

Sənətçinin "Yeezy" adlı ayaqqabı brendi məşhur markalarla müqavilə bağladıqdan sonra gəlirləri 3,2-4,7 milyard dollar artıb.

Qeyd edək ki, repçi ötən il 3,3 milyard dollar sərvətinin olduğunu açıqlamışdı.(axsam.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru