İtaliya polisindən Bekhem ailəsinə xəbərdarlıq

26-07-2021, 07:35           
İtaliya polisindən Bekhem ailəsinə xəbərdarlıq
İngiltərə millisi və “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Devid Bekhem xoşagəlməz hadisə ilə üzləşib.

Sports.ru xəbər verir ki, eks-futbolçu ailəsilə İtaliyada istirahət edərkən polis tərəfindən xəbərdarlıq alıb.

Asayiş keçikçiləri Bekhemin yaxtasını ziyarət edərək onun 16 yaşlı oğlu Kruzun və 10 yaşlı qızı Harperin su motosikli sürmələrinin qanun puzuntusu olduğunu bildiriblər. Belə ki, İtaliyada 18 yaşadək şəxslərin bu nəqliyyat növünü idarə etməsi qadağandır.

Polislər məşhur futbolçu ilə 45 dəqiqə söhbət edib və sonda selfi çəkdirməyi də unutmayıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.