"Oturub mənim şəxsimi verilişdə müzakirə etmək olmaz"

26-07-2021, 19:40           
"Oturub mənim şəxsimi verilişdə müzakirə etmək olmaz"
Müğənni Lətifə Soyuöz və şairə Nazilə Səfərli arasında qalmaqal yaşanıb.

Musavat.com xəbər verir ki, ifaçı bu haqda "ATV maqazin onlarla" verilişində danışıb. Lətifə bildirib ki, Nazilə onun xarici görünüşünü tənqid edib:
"Verilişlərin birində dırnaq mövzusu açıldı. Mənə xoş olmadı. Bir qadının digər qadına "dırnaqların niyə uzundu, sənə çətin olmur?" deyə bilməz. Necə bir insana deyə bilərsən ki, sənin kirpiyin, dırnağın niyə belədir? Mən də deyə bilərəm ki, Nazilə xanım, dırnaqlarınız zövqsüzdür. Demədim, demərəm də... Sevmirəm insan qəlbi qırmağı. İstəsəm, elə qəlb qıraram ki, yeddi qatından keçər. Onun övladları, həyat yoldaşı, ailəsi baxır. Niyə onun ailəsinə mənfi enerji ötürməliyəm, özümə də bir mənfi qazanmalıyam? Allahın qabağına çıxanda mənə deyilsin ki, fılankəsin ailəsini pis etdin?

Görürsüz, Nazilə Səfərlinin gənc ikən başına gələn hadisə yadındadır. Deyir, getdim girdim mağazaya, dedi ki, yenə arxamızca gəldilər. Onu danışanda gözləri dolurdu. Çünki onun qəlbini qırıblar. Oturub mənim şəxsimi verilişdə müzakirə etmək olmaz. Bunun üçün reklam fasiləsi var".

Qeyd edək ki, Nazilə Səfərli müğənni Xumar Qədimovanın özündənrazı hərəkətlərindən danışıb kövrəlmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru