"12 illik dostumla ailə qurdum" - Oksana

31-07-2021, 11:41           
"12 illik dostumla ailə qurdum" - Oksana
"Həyatda elə bilmişəm ki, sevmişəm, dəli-divanəyəm. Amma yenə də xoşbəxtlik olmayıb. Bəlkə xoşbəxtlik indiki halımdır. Ailən sağlam, salamat, ətrafında gözəl insanlar olsun. Sənin dayağın olsun".

TEREF.AZ xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova aktrisa Zümrüd Qasımovanın "Dönə bilsəm" proqramında deyib. Sənətçi kimliyini gizli saxladığı həyat yoldaşından bəhs edib:

"Həyat yoldaşım mənim 12 illik dostumdur. Əgər 12 il əvvələ qayıtsaydım, yenə onu seçərdim. Dostum oldu, amma onu görmədim. Sonra anladıq ki, bir-birimizi sevmişik. İndi ikimiz də deyirik ki, niyə 12 il əvvəl sevmədik bir-birimizi?".

Qeyd edək ki, Oksananın bu nikahdan Osman adlı övladı var./Axşam.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru