İş adamının Tuba Büyüküstünə mesajı aləmi qarışdırdı - DETALLAR

31-07-2021, 15:53           
İş adamının Tuba Büyüküstünə mesajı aləmi qarışdırdı - DETALLAR
Türkiyəli aktrisa Tuba Büyüküstünlə münasibəti ilə gündəmə gələn iş adamı Umut Evirgenin keçmiş sevgilisinə qayıtmaq istədiyi iddia olunub.

Bizim.Media xəbər verir ki, Umut 2020-ci ildə aktrisa ilə münasibətini bitirdikdən sonra Melisa Şenolsunla eşq yaşamağa başlayıb. Amma Evirgenin bu münasibəti də uğursuz alınıb.

Melisa yaxınlarına bildirib ki, Umut və Tuba gizli görüşüb. Hətta iş adamı sənətçiyə Qurban bayramını Büyüküstünlə keçirmək istədiyini yazdığı mesaj göndərib.

Büyüküstün də keçmiş sevgilisinin mesajını cavabsız qoymayıb. Həmin an Umutun yanında olan Melisa hər şeyi oxuyub. Sevgilisinin üç il birlikdə olduğu Tuba ilə yenidən görüşməsini qısqanan 24 yaşındakı Melisa ayrılıq qərarı verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru