Eminemin məşhur mahnısında gizli mesaj aşkarlanıb - VİDEO

1-08-2021, 07:57           
Eminemin məşhur mahnısında gizli mesaj aşkarlanıb - VİDEO
Eminemin pərəstişkarı reperin ən məşhur mahnılarından birində gizlədilən mesajı açıqlayıb.

“Mirror”un məlumatına görə, bu barədə “TikTok” istifadəçisi KJ özünün media hesabından məlumat verib.

O, Eminemin “My Name Is” mahnısını tərsinə oxudan bir video yayımlayıb. Kadrda Eminemin tərs ifada “Mən Emineməm” dediyi eşidilir

KJ bu tapıntının 1999—cu ilin hit mahnısının insanların düşündüyündən daha dahiyanə olmasının sübutu adlandırıb. Sosial şəbəkə istifadəçiləri bu iddia ilə razılaşıblar. Video az müddətdə çoxlu bəyənmə toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru