"Bir neçə kişi məni zorladı, bəli, onlar pedofil idilər" - Tanınmış müğənni - FOTO

14-09-2021, 11:14           
"Bir neçə kişi məni zorladı, bəli, onlar pedofil idilər" -
Müğənni və aktrisa Alanis Morissette 15 yaşında bir neçə kişi tərəfindən təcavüzə məruz qaldığını bildirib.

Milli.Az xəbər verir ki, bu barədə The Washington Post qəzeti yazıb.

Sənətçi bu mövzunu əvvəllər heç vaxt açıq şəkildə qaldırmadığını etiraf edib. Nə baş verdiyini anlamaq üçün illərlə müalicə alıb. "Həmişə bunun qarşılıqlı razılaşma ilə olduğunu söylədim. İndi başa düşürəm ki, "bəli, onlar pedofil idilər. Qanuna görə bu təcavüz sayılır", - deyə Morissette deyib. Təcavüzkarların adlarını açıqlamayan müğənni, bu barədə yalnız bir neçə adama danışdığını, amma heç bir kömək almadığını vurğulayıb.

Alanis Morissette kanadalı ifaçı, aktrisa və prodüserdir. İlk albomu Jagged Little Pill 1995-ci ildə çıxıb və musiqi tarixində ən çox satılan albomlardan biri olub. Karyerası ərzində müğənni yeddi Grammy mükafatı alıb. "Sex and the City", "Datura", "American Dreams and Body Parts" seriallarında və "Dogma" filmində rol alıb.

Kamran Seyidov
Milli.Az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru