Altın Portağal Film Festivalında qalmaqal - VİDEO

11-10-2021, 07:34           
Altın Portağal Film Festivalında qalmaqal - VİDEO
Antalyada Altın Portağal Film Festivalının qapanış və mükafatların təqdimetmə mərasimi keçirilib.

58-ci dəfə təşkil olunan mərasimdə tanınmış aktyor Tamer Karadağlı ilə “Zuhal” filmindəki rolu ilə “İlin ən yaxşı aktrisası” adına layiq görülən Nihal Yalçın arasında yaşanan gərginlik gecəyə damğa vurub.

Belə ki, Nihal Yalçının çıxışı zamanı mükafatı vermək üçün arxasında gözləyən Tamer Karadağlının saatına baxması, müxtəlif mimik hərəkətləri və aktrisanın çıxışı əsnasında mükafatı ona uzatması gündəm olub.

N.Yalçın filmdə çox qadının əməyi olduğunu deyib, rejissora təşəkkür edərkən T.Karadağlı ona mükafat verib.

“Kim verdi mükafatı? “Sus” dediniz? Artıq “sus” deyirsiniz?”, - deyə aktrisa Karadağlının hərəkətinə reaksiya göstərib.

“Mükafatınızla birlikdə danışın, qaldırın və zəfər çıxışınızı elə edin”, - Karadağlı cavab verib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.