"Brilliantın oğlu kef edəndə, bu oğlan ölümü gözə alıb, müharibədə iştirak edib" - QALMAQAL

11-10-2021, 10:28           
"Brilliantın oğlu kef edəndə, bu oğlan ölümü gözə alıb, müharibədə iştirak edib" - QALMAQAL
Xalq artisti Brilliant Dadaşovanın "Səs Azərbaycan"dakı hərəkəti tənqid olunub.

Yarışmaya qatılan Vətən müharibəsi iştirakçısı Nicat Tağıyevi zalda yer alan münsiflər və tamaşaçılar ayaqüstə alqışlayıb. B.Dadaşovanın həmin an ayağa qalxmaması qınanılıb.

Sosial şəbəkədə paylaşılan videoların altından əksər izləyicilər tənqidi fikirlər yazıblar. Yazılan "Brilliantın oğlu kef edəndə, bu oğlan ölümü gözə alıb, müharibədə iştirak edib" sözlərinə aparıcı Yusif Ağayevin reaksiyası diqqət çəkib. O, sözügedən şərhə "Qızıl kimi sözlər" fikrini yazıb.

Qeyd edək ki, Nicata münsiflərdən təkcə Xalq artisti Tünzalə Ağayeva dönüb və ifaçı onun komandasında yarışa davam edəcək. //Axşam.az//













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru