Xəstəxanaya aparılan Arif Babayevin səhhətində son durum - Oğlu danışdı 12-10-2021, 11:19 Ötən gün Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən xalq artisti Arif Babayevin oğlu atasının səhhətindən danışıb.Xalq artistinin oğlu Yaşar Babayev Teleqraf.com-a açıqlamasında Arif Babayevin səhhətinin normal olduğunu deyib."Səhhəti stabildir, xəstəxanada palatadır. Müalicəsi davam edir", - deyə söyləyib.Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib, bir müddət əvvəl isə Türkiyədə müalicə olunub. Onun 83 yaşı var. Facebook-da paylaş