Operatorun öldürüldüyü çəkiliş meydançasında yeni dəlillər üzə çıxıb

28-10-2021, 08:24           
Operatorun öldürüldüyü çəkiliş meydançasında yeni dəlillər üzə çıxıb
“Rust” (Pas) filminin çəkiliş meydançasında baş verən faciə ilə bağlı yeni dəlillər aşkar olunub.

Bu barədə ABŞ-ın Nyu-Meksiko ştatının Santa-Fe dairəsi şerifi Adan Mendoza brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, çəkiliş meydançasından əlavə döyüş gilizləri aşkar olunub.

Xatırladaq ki, adıçəkilən filmin çəkilişləri zamanı Hollivud ulduzu Alek Bolduinin açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins və 48 yaşlı rejissor Coel Sousa yaralanıb.

Operatorun həyatını xilas etmək mümkün olmayıb. Sousa isə bir neçə saat sonra xəstəxanadan evə buraxılıb.

Hazırda istintaq davam edir. Bolduinə qarşı rəsmi ittiham irəli sürülməyib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru