Hava limanında Əməkdar artistin qızının brilyantlarını oğurladılar

12-11-2021, 17:22           
Hava limanında Əməkdar artistin qızının brilyantlarını oğurladılar
məkdar artist Kubra Əliyevanın qızı Sevilin Bakıda hava limanında çantası oğurlanıb.
Teref.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər verilişində məlumat verib. O qeyd edib ki, çantada pul, qızıl əşyaları olub.

Proqramda qonaq olan aktrisa məsələni təsdiqləyib. K.Əliyeva bildirib ki, hadisə bir neçə gün əvvəl baş verib:

"Qızımı Türkiyəyə yola salırdım. Hava limanında qapıdan yola salanları içəri buraxmırlar. Bir polisdən xahiş etdim ki, qızıma kömək etsin. Çünki əməliyyat olunmuşdu. Beş dəqiqə keçmədi qızım zəng vurdu ki, ana, pulqabımı oğurladılar".

K.Əliyeva bununla bağlı polisə müraciət etdiklərini və əşyaların tapıldığını vurğulayıb:

"İndi xəbər etdilər ki, pulqabı tapılıb. Hələ gedib götürməmişəm. Hava limanının polis idarəsinə müraciət etdim. Təşəkkür edirəm, operativ hərəkət etdilər. Hər bir şey içindədir. Orada yoldaşından yadigar brilyant üzük var idi. Arasında mənim də ona bağışladığım əşya var idi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru