Peris Hiltonun toyu oldu – FOTO/VİDEO

13-11-2021, 07:09           
Peris Hiltonun toyu oldu – FOTO/VİDEO
Amerikalı realiti-şou ulduzu Peris Hilton evlənib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə 40 yaşlı model özünün “Instagram” səhifəsində məlumat verib.

Hilton imperiyasının keçmiş varisi öz həmyaşıdı sahibkar Karter Raumla nikaha girib.

Onlar 10 il əvvəldən tanış olsalar da, cəmi 2 ilə yaxındır ki, birlikdədirlər. Raum hələ fevral ayında ona evlilik təklifi etmişdi.
Bundan əvvəl Hillton üç dəfə nişanlansa da, heç biri evliliklə nəticələnməyib.

Dəbdəbəli tədbir modelin mərhum babasına məxsus “Bel-Air” malikanəsində baş tutub. Aktrisa gəlinliyi toy ərəfəsində axşam saatlarında seçib.

Qonaqlar arasında aktrisa Emma Roberts, Eşli Benson və müğənni Bebe Rexa da daxil olmaqla bir çox Hollivud məşhurları olub.





























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.