"Eşkiya Dünyaya Hükmdar Olmaz" serialının taleyi aydınlaşdı.....
14-11-2021, 11:17

Atatürk Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Korkut Ata Türk Dünyası Filmləri Festivalı"nın mükafatlandırma mərasimi keçirilib.
Mərasimə qatılan məşhur aktyor Oktay Kaynarcaya EDHO serialının taleyi ilə bağlı danışıb.
Oktay Kaynarcaya ATV-nin populyar seriallarından olan və qəfildən efirdə götürülən "Eşkiya Dünyaya Hükmdar Olmaz" serialının gələcəyi ilə bağlı sual verilib.
TV8 kanalına gedəcəyi ilə bağlı şayiələr yayılan EDHO serialı haqda danışan məşhur aktyor "Dostlar məndən soruşmayın, həqiqətən cavab vermək üçün səlahiyyətim və məlumatım yoxdur. Hazırda heç bir çəkiliş yoxdur. Bizdə serialın daha çəkilməyəcəyi barədə məlumat var” - deyə açıqlama verib.
Oktay Kaynarca bir dönəmdə məşhur olduğu "Kurtlar Vadisi" serialında canlandırdığı "Süleyman Çakır" obrazına yenidən həyat verəcəyi iddialarına isə məhəl qoymayıb.
Qeyd edək ki, Türkiyənin ATV kanalında yayımlanan "Eşkiya Dünyaya Hükmdar Olmaz" serialının yayımı qəfildən dayandırılıb. Serial komandası bütün yayı işləyib və 12 yeni aktyorla anlaşmışdı. 7-ci sezonun treyleri oktyabrın ortalarında nümayiş olunana məşhur serialın anidən dayandırılası izləyicilər tərəfindən məyusluqla qarşılanıb. Baş rollarda Oktay Kaynarca, Ozan Akbaba və Yunus Emre Yıldırımerin yer aldığı serial kanalla prodüser arasında yaşanan mübahisə səbəbindən bitdiyi iddia olunurdu. (musavat.com)