Atasının cənazəsinə gəlmədi

16-11-2021, 12:52           
Atasının cənazəsinə gəlmədi
Keçmiş aktrisa və model Aysun Kayacının bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən atası Selahattin Kayacı dünyasını dəyişib.

OLAY yazır ki, o, atasının dəfn mərasiminə gəlməyib.

Bir qonşusu "Qızını çox sevirdi. Lakin mən onu heç görmədim",-deyə Aysunun cənazəyə qatılmamasına münasibət bildirib.

Qeyd edək ki, Aysun Kayacı izləyicilərə "Doktorlar" serialından tanışdır. O, uzun müddət əvvəl Efe Kapancı ilə evlənərək Londona köçüb. Sənətçi atası ilə küsülü idi.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.