Tanınmış bloqer sosial şəbəkələrdən “öldüyünü” öyrəndi - VİDEO

17-11-2021, 08:28           
Tanınmış bloqer sosial şəbəkələrdən “öldüyünü” öyrəndi - VİDEO
“TikTok” bloqer Amelyun Nguyen “Instagram” və “Twitter”dəki paylaşımlardan amerikalı reper Trevis Skottun konsertində “öldüyünü” öyrənib.

Sidneydən olan 17 yaşlı bloqer öz hesabından sosial şəbəkədə onun konsertdə öldüyü ilə bağlı mesajları paylaşıb.

“Yuxudan oyandım və dünyanın məni ölmüş elan etdiyini öyrəndim”, - deyə qız bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə qızın adı və soyadı qeyd edilib, fotoları da dərc edilib. Çoxları Nguyenin yaxınlarına da başsağlığı verib.

“Qəbri nurla dolsun. O, Astro festivalında öldü”, “Qızınızın öldüyünü bilirəm. İtkiniz üçün çox təəssüflənirəm”, - deyə istifadəçilər onun haqqında yazıblar.

Bloqer onun haqqında feyki kimin yaydığını bilmədiyini və paylaşımların müəllifləri ilə tanış olmadığını deyib.

Qeyd edək ki, noyabrın 5-də “Astroworld” festivalının açılışı zamanı faciə yaşanıb. Belə ki, konsert zamanı yaranan basabasda 9-27 yaşlarında 10 nəfər həyatını itirib, 300-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb.





Mənbə: BuzzFeed












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru