Adeldən gənc sevgililərə xoş sürpriz - VİDEO

17-11-2021, 09:18           
Adeldən gənc sevgililərə xoş sürpriz - VİDEO
Britaniyalı ifaçı Adel Los-Anceles şəhərində konserti zamanı pərəstişkarına evlilik təklifində kömək edib.

Tədbir zamanı müğənni ifasını dayandırıb, sonra pərəstişkarlarından ona sürprizdə kömək etmələrini istəyib. O, əlavə edib ki, bunun üçün konsert zalında tam sakitlik olmalıdır.

“Əgər səs salsanız, sizi öldürərəm”, - deyə zarafatla bildirən Adel işıqların söndürülməsini xahiş edib.

Bu vaxt ifaçının pərəstişkarı Kevin sevgilisi Eşlini gözübağlı səhnəyə çıxarıb. Gənc qızın gözündən lenti açandan sonra dizi üstə çöküb və evlənmə təklif edib. O, sevgilisinin çoxdan evlilik təklifi gözlədiyini açıqlayıb.

“Allahım, biz o qədər uzun müddətdir sevgiliyik ki…”, - deyə qız cavab verib. Sonra gəncə “hə” cavabını verib. Bundan sonra Adel səhnəyə qayıdaraq “Make You Feel My Love” mahnısını oxuyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru