Kventin Tarantino “Kriminal qiraət”dəki səhnələrlə bağlı məhkəməyə verilib - FOTO

18-11-2021, 07:35           
Kventin Tarantino “Kriminal qiraət”dəki səhnələrlə bağlı məhkəməyə verilib - FOTO
“Miramax” şirkəti amerikalı kinorejissor Kventin Tarantinoya onun “Kriminal qiraət” (“Pulp Fiction”) filmindən silinmiş yeddi səhnəni NFT (non-fungible token) kimi satmağı qadağan etmək istəyir.

Tarantinonun bu barədə açıqlamaları ilə bağlı şirkət məhkəməyə müraciət edib. “Miramax” bildirib ki, filmin bütün hüquqları onlara məxsusdur və rejissor birtərəfli şəkildə faydalanmağa çalışır.

Xatırladaq ki, bir müddət əvvəl amerikalı rejissor Kventin Tarantino “Kriminal qiraət”dən (“Pulp Fiction”) kəsilmiş yeddi səhnəni NFT kimi hərraca çıxaracağı məlum olmuşdu. Bundan başqa filmin əlyazma ssenarisi və rejissorun özünün audio şərhinin də satışda olacağı bildirilmişdi. Filmin təqdim olunan fraqmentlərinin yalnız hərracda alanların görə biləcəyi vurğulanıb.

Qeyd edək ki, “Kriminal qiraət” filmi 1994-cü ildə ekranlara çıxıb. Film “Ən Yaxşı Orijinal Ssenari” nominasiyasında “Oskar”, BAFTA və “Qızıl Qlobus”, Kann Film Festivalında “Qızıl Palma”, həmçinin 40-dan çox başqa film mükafatlarına layiq görülüb.

Film mədəni, tarixi və estetik əhəmiyyətə malik olduğu üçün 2013-cü ildə ABŞ Milli Film Reyestrinə salınıb.






Mənbə: The Wall Street Journal












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.