Azərbaycanlı aparıcının qolu sındı: "Ağrıkəsici olmadan mümkün deyil" - FOTO

11-01-2022, 12:32           
Azərbaycanlı aparıcının qolu sındı:
Aparıcı Aytən Səfərova bədbəxt hadisə ilə üzləşib.

BAKU.WS xəbər verir ki, onun qolu sınıb. Bu haqda Aytən sosial şəbəkədə məlumat verib. Aparıcı sınan qolunun fotolarını paylaşaraq ağrıkəsicisiz dayana bilmədiyini deyib:

"Anamın ağır əməliyyata hazırlaşdığı bir vaxtda çalışıdrdım ki, əhval-ruhiyyəmi yüksək tutum. Fikir etdiyimi büruzə verməyim. Özümü "sındırmayım". Lakin sümüyümü sındırdım. Keçmiş olsun. Ağrıkəsici olmadan dayanmaq mümkün deyil, amma biz güclü qadınıq. İnşallah bu da keçər".

Qeyd edək ki, Aytən Səfərova hazırda "Xəzər" televiziyasında yayımlanan "Xəbər ertəsi" proqramının aparıcılığını edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.