Tanınmış türk aktyorun həbsi ilə bağlı qərar verildi
12-01-2022, 07:33
Türkiyəli müğənni Sıla Gencoğlunu döyən aktyor Ahmet Kuralın məhkəmə prosesi sona çatıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun qərara etirazı hakim tərəfindən rədd olunub. A.Kural 1 il 4 ay 20 gün həbs cəzası alıb.
Sılanın vəkili "Ədalət gec də olsa yerini tapdığı üçün xoşbəxtik", deyə açıqlama verib.