"Kiralık Aşk" serialı ilə şöhrət qazanan Türkiyənin məşhur aktrisası Elçin Sangu ilə sabiq meneceri Başay Okay arasındakı məhkəmə çəkişməsi başa çatıb.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, müqaviləyə əməl etmədiyi üçün təzminat davası açılan müğənni barədə qərar verilib.
Məhkəmə məşhur aktrisanın B.Okaya 100 min dollar (1 milyon 350 min TL) təzminat, Okayın rol aldığı reklamlarda haqq etdiyi 2 milyon 378 min lirəni isə 6 illik faizlə ödəyəcəyinə qərar verib.