“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi - FOTO

16-01-2022, 14:41           
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi - FOTO
"Kurtlar Vadisi Pusu" serialında rol alan aktyor Bozkurt Kuruç dünyasını dəyişib.

Teref.az publika.az-a istinadən xəbər verir ki, türk teatrına illərdir xidmət edən və bir çox tamaşalarda rol alan professor B.Kuruç 86 yaşında İzmirdə vəfat edib.

2000-ci ildə dövlət teatrlarından təqaüdə çıxmasına baxmayaraq, səhnəni tərk etməyən sənətçi rejissorluğu öz üzərinə götürərək 2019-2020-ci ildə İzmirdə "Qanlı toy" tamaşasını səhnələşdirib. Kuruç teatrdan başqa bəzi seriallarda, xüsusən də "Kurtlar Vadisi Pusu"da rol alıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.