“Busted Coverage” nəşri tərəfindən dünyanın ən seksual idmançısı kimi tanınan almaniyalı atlet Alisa Şmidt İnstagramda yeni video yayımlayıb.
Bizim.Media “lenta.ru”ya istinadən xəbər verir ki, idmançı məşq qaçışından bir fraqment göstərib.
O, boz dar şortda və qara köynəkdə poz verib. İstifadəçilər şərhlərdə idmançının videosunu seksual və enerjili adlandırıblar.
Xatırladaq ki, 2017-ci ildə Şmidt 20 yaşadək gənclər arasında Avropa çempionatında 4x400 metr məsafəyə estafetdə Almaniya yığmasının tərkibində ikinci yeri tutub. İki il sonra qaçışçı 23 yaşa qədər Avropa çempionatında estafetdə bürünc medal qazanıb.