Məşhur italiyalı aktrisa Rusiya vətəndaşlığını almaq istəyir – ANA BABASI RUSDUR

1-02-2022, 18:05           
Məşhur italiyalı aktrisa Rusiya vətəndaşlığını almaq istəyir –
“Rusiya vətəndaşlığını almaqdan məmnun olaram, çünki bu, anamla bağlı mədəniyyətimin bir hissəsidir. O, bu il öldü. Vətəndaşlığım onun üçün bir hədiyyə olardı”.

Bizim.Media xəbər verir ki, bunu TASS-a müsahibəsində italiyalı aktrisa Ornella Muti deyib.

O, artıq rus dilini öyrənmək və rəsmi rus qadın statusu almaq üçün lazımi sənədləri toplamağa başladığını bildirib.

Xatırladaq ki, Ornella Muti 9 mart 1955-ci ildə İtaliyanın Roma şəhərində anadan olub. Onun atası neapolitanlı jurnalistdir. Anası İlse Renata Krause (ata soyadı Solovyovdur) Estoniyada doğulub, yarısı rus, yarısı almandır. Aktrisanın babası və nənəsi Sankt-Peterburqda dünyaya gəlib, oradan Estoniyaya köçüblər.

15 yaşından filmlərdə rol alır. O, əsasən İtaliya filmlərində çəkilib, lakin 1980-ci ildə Britaniyanın elmi fantastika filmi “Flash Qordon”da rol alıb. 1984-cü ildə alman kinorejissoru Volker Şlöndorfun Alen Delonla birlikdə "Qu quşunun sevgisi" filmində çəkilib.

Muti italiyalı rejissorlar Marko Ferreri və Dino Risi ilə işləyib. Onun 1994-cü ildən yaşadığı İtaliya, Fransa və Monakoda daşınmaz əmlakı var.

Ornella Muti Kann Film Festivalının daimi fəxri qonağıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.