“Vəzifəli şəxs məni hədələyir, adını deyə bilmərəm“ - Tanınmış aktrisa

1-02-2022, 18:45           
 “Vəzifəli şəxs məni hədələyir, adını deyə bilmərəm“ -
Akrtisa Çimnaz Sultanova həyatının təhlükədə olduğunu bildirib. DİA.AZ xəbər verir ki, yenisabah.az-a danışan sənətçi evindən külli miqdarda oğurluq hadisəsini ictimailəşdirdikdən sonra ona təhdid zənglər gəldiyini deyib.

O, adını çəkmək istəmədiyi vəzifəli şəxslər tərəfindən hədələndiyini iddia edib:

“Hazırda gərginlik içindəyəm. Mənə zəng vurub hədələyirlər, qorxuram. O adamın adını çəkmək istəmirəm. Bu hədə-qorxular evimdə baş verən oğurluq hadisəsini ictimailəşdirməyimdən sonra oldu”.

Xatırladaq ki, oğurluq hadisəsi aktrisanın 2018-ci ildə yaşadığı Binəqədi rayonu ərazisində yerləşən evində baş verib.

Ç.Sultanovanın sözlərinə görə, prodüser Zərif Əlixanova yeniyetmə qızı ilə birgə müxtəlif vaxtlarda aktrisanın evdən 80 min avro dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.