"İndi mənə "Mədiş", mən isə ona "xanım" deyirəm, əvvəl isə..."- Qalmaqal
15-04-2022, 11:33

Prodüser Mədinə Məliklə aparıcı Vüsalə Əlizadə arasında qalmaqal bitmir.
Mədinə Məlik Teleqraf.com-a açıqlamasında Vüsalə Əlizadəyə barışıq addımı atmadığını deyib:
"Mən heç kimdən küsməmişəm. Necə olur ki, illər öncə sən "Mədinə xanım" demisən, mən “Vüsqa” demişəm. İndi isə mən "Vüsalə xanım", sən isə “Mədiş” deyirsən. Bu nə dərcədə düzgündür? Sadə olmalıyıq. Sizi illərlə tanıyan insan deyir ki, köməkçimlə danışın.
Onun öz nömrəsinə zəng vurdum, dəfələrlə mesaj yazdım. Aparıcının efirdən kartof, soğan söhbəti etməsi bir az düzgün deyil. Fikrimi demişəm və sözümün üstündə dururam. Mənə köməkçisi yazdı ki, Vüsalə xanımın köməkçisiyəm. Cavab verdim ki, sizin nə haqqınızdır, cavab vermirsiniz. Sonra da zəng elədim, cavab vermədi. Verilişinə sponsor üçün zəng etmişdim.
Mən bundan sonra 20 il də efirə çıxmasam hamı məni tanıyır. Sən Afaq Gəncəli qədər heç vaxt o nöqtəni tuta bilməzsən. Mən Afaqa səhər də, axşam da zəng etsəm “can” deyə cavab verir. Çünki o dəyişmir.
Vüsalə Əlizadə ilə ailəvi yaxın olmuşuq, bacısı və anası məni gözəl tanıyır. Şad günlərində yanında olmuşam, uman yerdən küsərlər. Təkəbbürlülük olub, özündən razılıq əmələ gəlib. Ulduz xəstəliyi, pul bəzi insanları dəyişib, onu anladım. Ola bilər, amma mənə qarşı yox. Axı, mən Mədinəyəm.
Ona etdiyim yaxşılığa görə peşman deyiləm. Nə etmişəmsə, Allah yolunda etmişəm. Özü bilir ki, hansı dəstəyi vermişəm. Niyə mənə qarşı təkəbbürlülük edirsən?!
Pandemiyada çörək bişirib, ailəmi dolandırdım. Bununla fəxr edirəm. Deyib ki, “getsin çörəyini bişirsin”. Mən onun səsini dinlədiblər. Çörək bişirib satmaq ayıbdırmı?"