"Paramount" telekanalları Rusiyada yayımını dayandıracaq

19-04-2022, 10:35           
"Paramount" telekanalları Rusiyada yayımını dayandıracaq
“Paramount” telekanalları Rusiyada yayımını dayandırır.

Aprelin 20-dən etibarən “Paramount” telekanalları, o cümlədən “Paramount Channel”, əyləncə kanalları olan “Paramount Comedy”, musiqi kanalları “MTV Russia”, “MTV Live HD” və “MTV 00s”, uşaq kanalları “Nickelodeon”, “Nickelodeon HD”, “NickToons” və “Nick Jr” Rusiyada fəaliyyətini dayandıracaq.

Məhz “Paramount” kanallarında “Ulduz yolu: Vunderkindlər”, “Süngər Bob: kvadrat şalvar”, “Avatar: Korra haqqında əfsanə” kimi məşhur cizgi filmləri yayımlanırdı. Şirkət Rusiya bazarına mümkün qayıtma tarixi barədə isə hər hansı açıqlama verməyib.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru