Məşhur DJ Kay Slay koronavirusa tab gətirə bilmədi - FOTO

19-04-2022, 11:05           
Məşhur DJ Kay Slay koronavirusa tab gətirə bilmədi - FOTO
Eminemdən tutmuş “50 Cent”ə qədər bir çox məşhurlarla çalışmış DJ Kay Slay 55 yaşında vəfat edib.

“Haber Global”ın məlumatına görə, hip-hop musiqisində “mixtape” mədəniyyətinin önəmli simalarından biri olan musiqiçi koronavirusla mübarizədə məğlub olub.

Həm də qraffiti sənətçisi olan hip-hop ikonasının əsl adı Kit Qreyson idi. Səhnədə DJ Kay Slay adından istifadə edən uğurlu müğənni uzun müddətdir ki, COVID-19-la mübarizə aparırdı. O, yanvar ayında xəstəxanaya yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

Kay Slay 90-cı illərdə musiqidə ön plana çıxıb, “Columbia Records” ilə müqavilə bağlayıb və altı albom çıxarıb. Son albomu “The Soul Controller” 2021-ci ilin dekabrında, musiqiçi xəstəxanaya yerləşdirilməzdən bir müddət əvvəl buraxılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru