“Aquamen” ulduzu “Minecraft” haqqında filmdə oynayacaq - FOTO

20-04-2022, 09:33           
“Aquamen” ulduzu “Minecraft” haqqında filmdə oynayacaq - FOTO
“Aquamen” və “Dune” filmlərinin ulduzu, 42 yaşlı amerikalı aktyor Ceyson Momoa məşhur “Minecraft” video oyununun film adaptasiyasında baş rolu oynayacaq.

Filmin rejissoru Cared Hess olacaq. Momoanın tam olaraq kim rolunda oynayacağı, eləcə də filmlə bağlı digər təfərrüatlar haqqında heç nə məlum deyil.

Filmin prodüseri Meri Parent və əvvəllər Ceyson Momoa ilə “Dune”da iştirak etmiş Roy Li olacaq.

Qeyd edək ki, “Warner Bros.”studiyası hələ 2014-cü ildə video oyununa əsaslanan filmi çəkəcəyini açıqlamışdı. Layihənin hazırlanmasında 2018-ci ildə vəfat edən Cill Messick də iştirak edib. Filmdəki işinə görə prodüser ölümündən sonra mükafatlandırılacaq.



Mənbə: The Hollywood Reporter












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru