Rəqsanə İsmayılova: "Həyat yoldaşım ilə pulu göndərəcəm" - VİDEO

20-04-2022, 10:23           
Rəqsanə İsmayılova: "Həyat yoldaşım ilə pulu göndərəcəm" - VİDEO
Müğənni Rəqsanə İsmayılova xeyirxah addımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, sənətçi bir neçə gündür "Bizimləsən" proqramında hər kəsin maddi dəstək olduğu SMA xəstəsi Amirə yardım edəcəyini deyib.

İsmayılova Moskvadan canlı yayıma bağlanaraq həyat yoldaşı Fazil bəydən Amir üçün pul göndərəcəyini açıqlayıb.

Qeyd edək ki, bir neçə gündür ki, Zaur Baxşəliyevin təqdimatında yayımlanan “Bizimləsən” verilişində SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün ianə toplanılır. Onun sağalması üçün ona vurulmalı olan “Zolgensma” iynəsinin qiyməti 3 milyon 740 min manatdır. Hazırda məbləğin 439 min manatı yığılıb.

Ətraflı videoda:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru