Uill Smitin vurduğu sillə həyatını alt-üst etdi - FOTOLAR

21-04-2022, 00:03           
Uill Smitin vurduğu sillə həyatını alt-üst etdi - FOTOLAR
94-cü “Oskar” mükafatları mərasimində Kris Roka atdığı sillə Uill Smitə baha başa gəlib.

HİT.az xəbər verir ki, dünya mətbuatında "Smitin 14 gün içində başına gələnlər" adlı məqalə dərc olunub. Yazıda aktyorun həyat yoldaşı Cada Pinkett-Smitin və uşaqlarının ondan üz döndərdiyi iddia olunub. Hollivud ulduzunun reabilitasiya mərkəzlərinə müraciət etdiyi və psixoloqlardan kömək istədiyi bildirilib.

Xatırladaq ki, sonuncu “Oskar” mükafatlarının təqdimetmə mərasimi zamanı qalmaqal yaşanıb. Belə ki, səhnədə olan aktyor Kris Rok həmkarı Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib. Buna reaksiya verən Uill Smit səhnəyə çıxaraq Rokun üzünə sillə vurub.

Buna görə də aktyor “Oskar” mükafatlandırma mərasimi də daxil olmaqla, 10 il ərzində keçirilən mötəbər tədbirlərdə iştirak edə bilməyəcək. Bununla yanaşı aktyor bir çox böyük layihələrindən də imtina etməli olub. //baku.ws
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru