Ülviyyə Alovlu məhkəmədə "Bozbaş"a qalib gəldi - BU QƏDƏR TƏZMİNAT ALACAQ

21-04-2022, 08:09           
Ülviyyə Alovlu məhkəmədə "Bozbaş"a qalib gəldi - BU QƏDƏR TƏZMİNAT ALACAQ
Tanınmış jurnalist, şairə Ülviyyə Alovlu əqli mülkiyyət hüquqları pozulduğu üçün "Bozbaş Pikcers"i məhkəməyə verib.

Bu barədə "AZ-MEDİA MÜZAKİRƏ" qruunda məlumat paylaşılıb.

"Bozbaş Pikcers" kimi tanınan "İlkmedia"nın istehsalı olan "Axırıncı yol" filmində xalq artisti Röya Ayxanın ifa etdiyi "Röyayam" mahnısı icazəsiz səsləndirilib.

Belə ki, "Röyayam" mahnısının sözlərinin müəllifi Ülviyyə Alovlu kommersiya xarakterli filmdə mahnının icazəsiz səsləndirilməsi, müəllifin adının qeyd olunmamasına görə məhkəməyə müraciət edib.

Proses Ülviyyə Alovlunun xeyrinə başa çatıb və onun "İlkmedia" şirkətinə qarşı 8 min manat təzminat tələbi təmin edilib.

Ülviyyə Alovlu xəbəri təsdiq edib və bildirib ki, məhkəmənin təzminat kimi müəyyənləşdirdiyi məbləğin bir hissəsi ona ödənilsə də, digər hissəsinin ödənilməsi gecikdirilir:

"Məhkəmənin qərarı ilə təzminat məbləğinin (8 min AZN) bir hissəsi ödənilib, digər hissəsi isə yanvar ayında ödənilməli olduğu halda hələ də ödəniş gecikdirilir. Bununla bağlı da icra şöbəsinə şikayət ünvanlanıb, nəticəsini gözləyirik".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.\\Gundem.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru