Adriana Lima moda nümayişində görünüşü ilə hər kəsi şoka saldı - FOTO/VİDEO

21-04-2022, 09:47           
Adriana Lima moda nümayişində görünüşü ilə hər kəsi şoka saldı - FOTO/VİDEO
Top model Adriana Lima yeddi ay əvvəl prodüser Andre Lemmerslə yeni eşq yaşamağa başlayıb. Fevral ayında üçüncü dəfə övlad dünyaya gətirəcəyi müjdəsini sosial media hesabından açıqlayan Limanın artıq körpəsinin cinsiyyəti məlum olub.

“Haber Global”ın məlumatına görə, məşhur cütlük oğlan övladları olacağını bildirib və həmin günü şənlik keçirməklə qeyd edib.


Qeyd edək ki, Lima hamiləliyinə baxmayaraq öz işinə davam edir. Belə ki, model Los-Ancelesdə “Alexander Wang” moda nümayişində qarnını göstərən qara libasla səhnəyə çıxıb. Ancaq Limanın görünüşü sosial mediada birmənalı qarşılanmayıb. Belə ki, uzun illər idmanla məşğul olan modelin qarın əzələləri diqqət çəkib. Bəziləri məşhur modelin qarın əzələsi əməliyyatı etdirdiyi ilə bağlı düşüncələrini bölüşüblər. Bir istifadəçi isə 20 illik ginekoloqluq təcrübəsinə baxmayaraq, ilk dəfə belə qarın gördüyünü deyib.

İstifadəçilərin əksəriyyəti modelin görünüşünün xoş olmadığını bildirib.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.