“Thor” ulduzu “Netflix”in yeni elmi-fantastik trillerində rol aldı - FOTO/VİDEO

23-04-2022, 12:04           
“Thor” ulduzu “Netflix”in yeni elmi-fantastik trillerində rol aldı - FOTO/VİDEO
“Thor” ulduzu Kris Hemsvort “Netflix”in yeni elmi-fantastik trillerində rol almağa imza atıb. Aktyor alim Stiv Abnestin rolunu oynayacaq.

Filmə Cozef Kosinski (“Tron: Legacy”, “Oblivion”, “Top Gun: Maverick”) rejissorluq edəcək.

Hemsvortla yanaşı filmdə Maylz Teller (“Whiplash”, “Fantastic Four”) və Cerni Smollett (“Birds of Prey”, “Lovecraft Country”) baş rolda çəkiləcək.


Həbsxana məhbuslarının yeni dərmanların sınağı üçün təcrübə siçanları kimi istifadə olunduğu süjet yaxın gələcəkdən bəhs edir.

Əsas personajlar tibbi təcrübədə iştirak edən və emosiyaları dəyişdirən preparatdan istifadə edən iki məhbusdur.

Ssenari müəllifi Pol Vernik və Rett Riz (“Deadpool”) olan ekran işi Corc Sondersin “Hörümçək baş” adlı elmi-fantastik qısa hekayəsinin uyğunlaşdırılmasıdır.

Bildirilir ki, Hemsvort təkcə baş rolu oynamayacaq, həm də icraçı prodüser kimi fəaliyyət göstərəcək.



Mənbə: “Entertainment Weekly”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru