İndoneziyaya köçən Çingiz Mustafayev orada nə işlə məşğuldur? - VİDEO

24-04-2022, 10:05           
İndoneziyaya köçən Çingiz Mustafayev orada nə işlə məşğuldur? - VİDEO
İndoneziyaya köçən müğənni Çingiz Mustafayev Balidəki həyatından bəhs edib.

Oxu.Az-ın məlumatına görə, sənətçi bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.

Çingiz paylaşımında orada öz musiqisini təbliğ etdiyini və insanların marağını çəkdiyini vurğulayıb:

“Bali tamaşaçıları və xüsusən də Ubud xalqı bir musiqiçi kimi mənim üçün ən yaxşı hədiyyədir. Həssas insanların bir yerdə cəmlənməsi məndə yaradıcılığı daha da alovlandırır, məni daha da böyük işlərə sövq edir. Burada insanlar ürəkləri ilə dinləyirlər. Mənim vəzifəm məhz ürəkləri daha da açmaq və onları işıq, sevgi ilə doldurmaqdır. Bu gecəni bizimlə paylaşan hər kəsə təşəkkür edirəm. Digər insanların həvəsini artırmaq, musiqi, atmosfer yaratmaq üçün birlikdə işlədiyimiz heyrətamiz komanda sayəsində etdim bunları”.

Çingizin Balidəki səhnəsindən görüntüləri təqdim edirik:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.