İlhamə müğənniləri ələ saldı: - "Gülməli görünürlər"

18-04-2016, 21:10           
İlhamə müğənniləri ələ saldı: - "Gülməli görünürlər"
"Bu gün nömrə bir olmaq pula bağlıdır. Əgər pulun varsa, yüksəklərdə yer alacaqsan".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni İlhamə Qasımova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. O, istedada yox, pula önəm verilməsindən şikayətlənib:

"İstedadı olmayanlar nömrə bir davasındadırlar. Belə insanlar düşünməlidir ki, pul qurtaranda, pillə-pillə aşağı düşəcəm. Axı onlar gülməli görünürlər. İstedadın bir cəhəti var ki, pul qurtaranda yaxşı işlə tamaşaçı yaddaşında qalır. Pulla gündəmə gələnlər isə bir-iki ay efirdə olmayanda unudulurlar. Həmişə ikibaşlı danışıram, heç kim sözümdəki dərin mənanı tutmur. Əgər kimsə onu tutsa, onda mənə rəqib olar".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru