Kirkorov və Qaqarinanın Estoniyaya girişi qadağan edilib

26-04-2022, 09:14           
Kirkorov və Qaqarinanın Estoniyaya girişi qadağan edilib
Rusiyalı sənətçilər Filipp Kirkorov və Polina Qaqarinanın Estoniyaya girişi qadağan edilib.

Bildirilir ki, bu ifaçıların ölkəyə girişinə 5 illik qadağa tətbiq edilib. Bu qərarın Qaqarina və Kirkorovun Rusiyanın Ukraynadakı müharibə əməliyyatlarını dəstəkləməsi ilə bağlı olduğu qeyd olunur. Maraqlıdır ki, hər iki musiqiçinin bu ay Tallində çıxışı nəzərdə tutulmuşdu.

Estoniyanın baş naziri Kaya Kallas vurğulayıb ki, “müharibədə hər şey ağ-qaradır”. Onun sözlərinə görə, Rusiyanın hərəkətlərinə haqq qazandıran insanlar qara tərəfindədirlər.

Həmçinin mart ayında məlum olmuşdu ki, Latviya Xarici İşlər Nazirliyi də əyləncə və mədəniyyət sahəsində fəaliyyət göstərən 25-dən çox rusiyalı xadimi arzuolunmaz şəxslər siyahısına əlavə edib. Nazirlik martın 18-də Lujnikidə Krımın Rusiyaya birləşdirilməsi şərəfinə keçirilən konsert-mitinqdə iştirak edən sənətçilərin ölkəyə girişini qadağan etmək qərarına gəlmişdi.

“Qara siyahı”ya xüsusən rejissor Nikita Mixalkov, dirijor Valeri Gergiev, aktyorlar Vladimir Maşkov və Dmitri Pevsov, ifaçılar Stas Mixaylov, Timati, Polina Qaqarina və başqaları daxil olub.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru