Aygün Kazımova: "Saxla şəkilləri özündə..." - VİDEO

28-04-2022, 11:09           
Aygün Kazımova: "Saxla şəkilləri özündə..." - VİDEO
Xalq artisti Aygün Kazımova yeni fotosessiyası ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, sənətçi kamera qarşısına keçərək müxtəlif şəkillər lentə aldırıb. Kazımovanın stili və makiyajı üzərində peşəkarlardan ibarət komanda çalışıb.

Hər zaman al-əlvan rəngli geyimlərə üstünlük verən Xalq artisti bu dəfə qara rəngli dəstə üstünlük verib. Sənətçi glamur libasını qalın boyunbağı ilə tamamlayıb.

Xalq artisti fotosessiyadan olan görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Onun yeni şəkilləri izləyiciləri tərəfindən çox bəyənilib.

Kazımova bu fotoları yaxın zamanlarda təqdim edəcəyi "Saxla şəkilləri özündə" adlı layihəsi üçün etdirib. İfaçı yaxın günlərdə həmkarı Rauf Əhmədovla duetini təqdim edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru