Səidə Sultanın prodüseri öldürülüb - Bakıda dəhşətli qətl

8-05-2015, 16:27           
Səidə Sultanın prodüseri öldürülüb - Bakıda dəhşətli qətl
Bakıda dəhşətli qətl hadisəsi baş verib. Dia.az “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Hamlet Elxan oğlu Cahangirov çoxsaylı bıçaq xəsrətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu məlum olub.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi, 26-cı Polis Bölməsi (PB) və rayon prokurorluğuna məlumat verilib. 26-cı PB-si əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində hadisənin üstünü “isti izlərlə” açmaq mümkün olub. Belə ki, cinayəti törətməkdə şübhəli bilinən Səbail rayon sakinləri Mirzəyev Yusif Cavanşir oğlu, Həsənov Sahib Telman oğlu və Şahbazov Fərid Çingiz oğlu saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq davam edir. Hadisənin təfərrüatları istintaq araşdırmalarından sonra məlum olacaq.

Qeyd edək ki, qətlə yetirilən H.Cahangirov tanınmış müğənni Səidə Sultanın prodüseri işləyib.

Müğənni Səidə Sultan “Report”a açıqlamasında Hamlet Cahangirovun 2014-cü ilin iyun ayından bu ilin mart ayına qədər onun prodüseri işlədiyini bildirib: “İki ay əvvəl özü prodüserlikdən çıxdı. Sonra mənə zəng vurub dedi ki, yenə işləmək istəyirəm. Mən də dedim artıq başqa adamla işləyirəm. Lakin bugünlərdə konsertlə bağlı görüşəcəkdim, belə hadisə baş verdi...”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.