Ötən axşam aparıcı-prodüsser Tolik (Tarix Əliyev) özünə doğum günü məclisi keçirib. Şou əhlinin iştirak etdiyi gecədə aralarında qalmaqal yaşanan iki məşhur, müğənni Roza Zərgərli ilə dünya şöhrətli stilist Anar Ağakişiyev üz-üzə gəlib.
Bizim.Media xəbər verir ki, küsülü olan Roza ilə Anar müğənni Aysun İsmayılovanın mahnısı sədaları altında üz-üzə durub, rəqs ediblər.
Kənardan çəkildiklərini görən ikili səmimi şəkildə qucaqlaşaraq, öpüşüblər. Həmin anlar “Show_news” səhifəsində paylaşılıb.
Qeyd edək ki, illər əvvəl A.Ağakişiyevin R.Zərgərlini şou-biznesin ən zövqsüz müğənnisi adlandırması qarşı tərəfi hiddətləndirib.
Roza “"Bəzi stilistlər deyir ki, Roza Zərgərli zövqsüzdür. Şəxsiyyəti bəlli olmayanlar məndən danışmasın. Mən zövqsüz idimsə, niyə illərlə mənlə işlədin?” deyə şou-biznesdə uzun sürən qalmaqalın təməli qoyulmuşdu.