Hadid bacıları Rihannanın dəb nümayişində iştirakdan imtina ediblər

8-11-2022, 10:04           
Hadid bacıları Rihannanın dəb nümayişində iştirakdan imtina ediblər
Supermodellər Bella və Cici Hadid Conni Depə görə Rihannanın alt paltarı nümayişində iştirakdan imtina etmək qərarına gəliblər.

Noyabrın 9-da “Prime Video”da premyerası olacaq builki nümayişdə Conni Deppin iştirak etməsi fərqli reaksiyalara səbəb olub. Aktyorun podiumdakı çıxışı demək olar ki, 40 saniyə davam edir, bundan sonra şou növbəti səhnəyə keçir. Lakin Hollivud ulduzunun dəvəti nümayişin digər iştirakçıları və Rihannanın özü üçün problemə çevrilib.

Məlum olub ki, supermodel bacılar Cici və Bella Hadid məhz Depin dəvətinə görə Rihannanın şousunda iştirakdan imtina ediblər. Görünür, onlar bir neçə həftə əvvəl başa çatan məhkəmə prosesində Amberd Hördün tərəfini tutublar.

Digər ulduzlar da Rihannanın brendini boykot etməyə çağırır. Xüsusilə, pop qrupu “Years & Years”in solisti Olli Aleksander artıq “Savage X Fenty” geyimlərini geyinməyəcəyini açıqlayıb. Müğənni bunu keçmiş həyat yoldaşı Amber Hördün məhkəməsində qalmaqallı şəkildə qalib gələn Conni Deppi verilişə dəvət edən Rihannanın qərarıyla razılaşmaması ilə izah edib.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.