Vupi Qoldberq “Twitter”i tərk etdi: “Ora “bardak”dır, bezmişəm”

9-11-2022, 12:47           
Vupi Qoldberq “Twitter”i tərk etdi:
“Oskar” mükafatçısı, amerikalı aktrisa Vupi Qoldberq “Twitter”dən ayrılıb.

Aktrisa İlon Maskın satın almasından sonra “Twitter”in “bardak”a çevrildiyini, özbaşınalığın hökm sürdüyünü iddia edib.

O, bu barədə ABC telekompaniyasının “The View” tok-şousunda iştirakı zamanı məlumat verib.

“Bəzi şeylərin bloklanmasından, sonra isə icazə verilməsindən bezmişəm. Əgər hər şey kifayət qədər normallaşsa və özümü daha rahat hiss etsəm, o zaman bəlkə geri qayıdaram. Amma bu gündən etibarən “Twitter”lə işim bitdi”, - deyə Vupi Qoldberq qeyd edib.

Bundan əvvəl şou-biznesin digər nümayəndələri - ssenarist Şonda Rayms, pianoçu Sara Barellis, müğənni Toni Brekston və başqaları da bu sosial şəbəkədən istifadəni dayandırmaq barədə açıqlamalar ediblər.

Qeyd edək ki, oktyabrın 27-də İlon Mask “Twitter”i satın alınması üzrə müqavilə bağlayıb. Yeni sahibin istifadəçilərin daimi bloklanması praktikasına son qoyacağı gözlənilir. Mask açıqlama verib ki, “Twitter”də kontentin moderasiyası məsələsini araşdıracaq xüsusi şura yaradılması nəzərdə tutulur.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.