İrina Şeyk və Bredli Kuper Nyu-York küçələrində - FOTO

10-11-2022, 12:44           
İrina Şeyk və Bredli Kuper Nyu-York küçələrində - FOTO
İllər əvvəl ayrılan məşhur amerikalı aktyor Bredli Kuperlə rusiyalı model İrina Şeyk yenidən sevgili olublar.

Cütlük aktyorun “A Star Is Born” serialındakı rol yoldaşı Ledi Qaqa ilə münasibətdə olması ilə bağlı iddialara görə ayrılıb.

Avqust ayında birlikdə tətilə çıxan cütlüyün yenidən eşq yaşadığı iddia edilir.

Bu iddiaları cavabsız qoyan məşhurlar ötən gün ABŞ-nin Nyu-York şəhərinin küçələrində görüntülənib.

Cütlüyün səmimi görüntüləri onların yenidən birlikdə olması barədə xəbərləri təsdiqləyib.

Qeyd edək ki, Leya adlı qızları olan Kuper və Şeyk 2019-cu ilin iyun ayında dörd illik münasibətlərdən sonra ayrıldıqlarını elan ediblər. Bununla belə, cütlük uşağın böyüməsində bərabər rol oynayacaqları barədə razılığa gəliblər.



Mənbə: Posta












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru