Ölə bilərəm, amma dayanmayacağam" - Dünyanın ən böyük dodaqlı qadını
11-11-2022, 09:34

Bolqarıstanın Sofiya şəhərində yaşayan və dünyanın ən böyük dodaqlı qadını kimi tanınan 25 yaşlı Andrea İvanova “Bratz” gəlinciklərinə bənzəmək üçün indiyədək 32 əməliyyat keçirib.
32gun.az-ın xarici mediaya istinadən məlumatına görə, İvanova, həkimlərin ona daha çox əməliyyatın ölümcül olacağı barədə xəbərdarlıq etdiyini, lakin bunun ona mane olmayacağını izah edib.
Gənc qadının estetik çılğınlığı 2018-ci ildə başlayıb.
Dodaqlarını böyütmək üçün hər iynəyə təxminən 457 AZN ödəyən qadın əvvəlki açıqlamalarında dodaqlarını böyütməyə heç nəyin mane ola bilməyəcəyini bildirib.
Lakin Andreanın dodaqları o qədər böyüyüb ki, indi o, burun dəliklərini bağlamaq üzrədir.
Böyük dodaqlara sahib olmağın bütün bu risklərə dəydiyini ifadə edən instaqram fenomeni yeni dünya rekordu istədiyini bildirib:
“Həkimlər deyirlər ki, ölə bilərəm, amma dayanmayacağam. Mən daha çox şey etməkdə qərarlıyam, çünki düşünürəm ki, çənəmi uzatmalı və kəskinləşdirməliyəm. Mən bu rekordu o qədər istəyirəm ki, bunun üçün mübarizə aparmağa hazıram. Dünyanın ən nazik və ən uzun çənəsi olan qadın ünvanına sahib olmaq istəyirəm”. Manset.az