Jerar Depardyedən Rusiya ilə bağlı gözlənilməz addım

13-11-2022, 00:08           
Jerar Depardyedən Rusiya ilə bağlı gözlənilməz addım
2013-cü ildə Rusiya vətəndaşlığı alan fransız aktyor Jerar Depardye ölkədəki prodüser mərkəzini bağlamaq qərarına gəlib.

Bakupost.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə aktyorun dostu və prodüseri Arno Frilli məlumat verib.
O, mərkəzin bağlanmasının səbəbini işdə yaranan fasilə ilə əlaqələndirib. Frilli qeyd edib ki, gələcəkdə konkret layihələr olarsa, işi bərpa etmək mümkündür:
“Bu struktur audiovizual layihələrin inkişafı üçün yaradılıb. Davamlı fəaliyyət olmadan bu sistem faydasızdır, çünki hətta fasilələr zamanı da xərc tələb olunur", - deyə prodüser vurğulayıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl Depardye Rusiyanın Ukraynaya hücumunu sərt tənqid etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru