Marqo Robbi “Vanity Fair” jurnalının üz qabığında göründü – FOTO/VİDEO

15-11-2022, 12:53           
Marqo Robbi “Vanity Fair” jurnalının üz qabığında göründü – FOTO/VİDEO
Avstraliyalı aktrisa Marqo Robbi məxmər paltarda “Vanity Fair” jurnalının yeni sayının üz qabığına düşüb.

Fotolar sosial şəbəkədə paylaşılıb.

32 yaşlı aktrisa jurnalın dekabr nömrəsinin siması olub. O, nəşrə müsahibəsində yeni rolu, digər aktrisalarla müqayisəsi, çəkiliş prosesi və uşaqlıq illərindən danışıb.

“Mən çox səs-küylü, qaynayan bir evdə böyümüşəm. Ona görə də ətrafımda xaos hökm sürəndə özümü təhlükəsiz və rahat hiss edirəm. Düşünürəm ki, elə ona görə də film çəkilişlərini sevirəm”, - deyə aktrisa bildirib.



Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.