Rusiyalı məşhurlar İsrail vətəndaşlığından ÇIXARILA BİLƏR

6-12-2022, 19:44           
Rusiyalı məşhurlar İsrail vətəndaşlığından ÇIXARILA BİLƏR
Rusiyanın məşhur şoumeni Maksim Qalkin və "Primadonna" Alla Puqaçova artıq bir müddətdir uşaqları ilə İsraildə yaşayırlar.

TEREF.AZ Lent.az-a istinadla xəbər verir ki, mətbuatda yayılan məlumatlara əsasən, Rusiyanı tərk edən komediya aktyoru və onun həyat yoldaşı İsrail vətəndaşlığından məhrum edilə bilər.

Məsələ burasındadır ki, İsrail qanunlarına görə, inancını bilərəkdən dəyişən yəhudilər vətənə qayıtmaq hüququndan məhrum edilirlər. Buna uyğun olaraq, geri qayıtmaq qanununa görə Maksimin İsrail pasportu almaq hüququ yoxdur.

Xatırladaq ki, Maksim Qalkin beş il əvvəl pravoslavlığı qəbul etdikdən sonra Alla Borisovna ilə evlənib. Puqaçova isə 1994-cü ildə həmkarı Filip Kirkorovla Yerusəlimdə evlənib.

Qeyd edək ki, onların İsrail vətəndaşlığından çıxarılması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru