İtkin düşən 27 yaşlı müğənninin cəsədi çəlləkdən tapıldı — ŞOK HADİSƏ (FOTO)

9-12-2022, 00:14           
İtkin düşən 27 yaşlı müğənninin cəsədi çəlləkdən tapıldı —
Qvatemalada 3 gündür itkin düşən 27 yaşlı hip hop ulduzu Nesli Monterrosonin cəsədi tapılıb.

Hurriyyet.Az xarici KİV-ə istinadla xəbər verir ki, müğənninin dekabrın 5-də itkin düşməsi ilə bağlı polisə məlumat verilib.

Araşdırmadan sonra onun meyiti tərk edilmiş avtomobilin içindəki çəlləkdə tapılıb.

İlkin açıqlamaya görə, Nesli başından aldığı zərbədən ölüb.

Bundan əlavə, şahidlər Neslinin bədənində xeyli sayda zorakılıq izlərinin olduğunu bildiriblər.

Hadisəni araşdıran polislər deyir ki, müğənni sonuncu dəfə cəsədin tapıldığı yerə yaxın bir ofisdən çıxarkən görülüb.

Faktla bağlı araşdırma aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru