Ceki Çan məşhur filminin növbəti hissəsini çəkəcək - FOTO

9-12-2022, 11:44           
Ceki Çan məşhur filminin növbəti hissəsini çəkəcək - FOTO
Honq-Konqlu aktyor və kino prodüseri Ceki Çan “Pik saatı” (Rush Hour) filminin dördüncü hissəsini çəkməyə hazırlaşır. O, bu barədə “Red Sea” kinofestivalında danışıb.

Çan filmin ssenarisinin artıq yazıldığını bildirib. Aktyor yaxın vaxtlarda adını açıqlamadığı rejissorla materialı müzakirə etməyi planlaşdırır.

Ulduzun sözlərinə görə, layihə danışıqlar mərhələsindədir.

Çan həmçinin qeyd edib ki, gələcəkdə daha az döyüş filmi çəkməyi və diqqətini sevgi hekayələrinə yönəltməyi düşünür. Hazırda kinematoqraf “qadınlar üçün dram” kimi təsvir etdiyi layihə üzərində işləyir.

Qeyd edək ki, ilk “Pik saatı” 1998-ci ildə ekranlara çıxıb. Filmin bütün hissələrində əsas rolları Ceki Çan və Kris Taker ifa ediblər.

Franşiza beynəlxalq cinayətləri açmaq üçün birlikdə işləyən Honq-Konq müfəttişi və Los-Anceles detektivinin macəralarından bəhs edir.

Mənbə: daily.afisha.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru